Hacıqabulda növbəti Aqrar İnnovasiya Festivalı keçiriləcək. Bu barədə İnsanoid 12 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Festival sentyabrın 14-ü saat 10:00-da baş tutacaq.
Hacıqabul rayonu “Agro Dairy” MMC-nin ərazisində keçiriləcək festivalda 6-cı toxum sərgi-satış yarmarkası təşkil ediləcək.