TÖVSİYƏ XƏBƏRLƏR

Hacıqabulda rabitə qovşağından generator oğurlayan şəxslər saxlanılıblar

Hacıqabulda rabitə qovşağından generator oğurlayan şəxslər saxlanılıblar. Bu barədə 4 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən xəbər verilib.

Aztelekom İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatoru oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərov saxlanılıblar.

İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib. Onlar qabaqcadan əlbir olaraq, qeyd edilən inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olub, oradan dəyəri 1000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirib, Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Generatorun satıldığı ünvan müəyyən edilib və maddi sübut kimi götürülüb.

Digər bir əməliyyat tədbirləri zamanı rayon ərazisində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən iki nəfər – əvvəllər də məhkumluq həyatı yaşayan Mirqadir HəşimovPərviz Quliyev saxlanılıblar.

Onlardan narkotik vasitə olan heroin, eləcə də lüləsi və qundağı kəsilmiş və atəşə yararlı odlu silahlar aşkarlanaraq götürülüb.

Bundan əlavə, polis əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı 7 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri də götürərək barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Aşkarlanan bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx