Hacıqabulda azyaşlı bacı-qardaş yanıq xəsarətləri alıb. Bu barədə 16 dekabr tarixində Report məlumat verib.
Hadisə H. Həmidov küçəsi, 159 ünvanında yerləşən evdə qeydə alınıb. Valideynlərinin nəzarətindən yayınan 6 yaşlı Məleykə İsmayılova və qardaşı, 3 yaşlı Əkbər İsmayılovun üstlərinə çaydandan qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan uşaqlar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.