TÖVSİYƏ XƏBƏRLƏR

Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Mayın 27-də və 28-də ölkə ərazisində qeydə alınan 129 cinayətin açılması təmin olunub. Bu barədə 29 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx