TÖVSİYƏ XƏBƏRLƏR

Hakimi təhqir edən futbolçu 4 oyunluq diskvalifikasiya olunub

“Sumqayıt-2”nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının X turunda “Sabah-2” ilə oyunda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub. Bu barədə Report 24 oktyabr tarixində xəbər verib.

Birbaşa qırmızı vərəqə alan oyunçu 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.

Bundan əlavə, matçın son dəqiqələrində meydandan qovulan “Sabah-2”nin üzvü Fəxri Məmmədli və “Sumqayıt-2”nin futbolçusu Said Əliyev qarşıdakı oyunu buraxacaqlar. Hər iki komanda buna görə 50 manat ziyana düşüb.

Qarşılaşmada “Sabah-2”nin 5, “Sumqayıt-2”nin isə 4 futbolçusu sarı vərəqə alıb. Bu, onlara əlavə 70 manatlıq cərimə bahasına başa gəlib.