Hakimliyə namizədlərin imtahan mərhələlərinin sayı 6-dan 4-ə azaldılıb. Bu barədə İnsanoid bu gün, 1 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Bu dəyişiklik avqustun 31-də keçirilən Məhkəmə-Hüquq Şurasının növbəti iclasında edilib.
Dövrün tələbi və hakimliyə namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurasının “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na imtahan mərhələlərinin sayının 6-dan 4-ə endirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması üzrə yenilikləri əks etdirən müvafiq dəyişikliklər edilib.