HƏMAS-nin oktyabrın 7-də İsrailə gözlənilməz hücumu zamanı girov götürdüyü israillilərin sayı açıqlanıb. Bu barədə İnsanoid İsrail mediasına istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagarinin sözlərinə görə, hərbçilər 242 girovun ailəsinə onların yaxınlarının hazırda Qəzza zolağında saxlandığı barədə məlumat veriblər.
Hagari bildirib ki, ordu yeni məlumatları araşdırdığından bu rəqəm yekun deyil.
Bura azad edilmiş beş girov ( ana və qızı Judith və Natali Ra’anan, yaşlı qadınlar Yocheved Lifshitz və Nurit Cooper, həmçinin IDF tərəfindən xilas edilən Ori Megidiş) daxil edilməyib.