TÖVSİYƏ XƏBƏRLƏR

HƏMAS – İsrail müharibəsində həlak olanlardan indiyədək 808 nəfərin şəxsiyyəti müəyyənləşib

HƏMAS-nin İsrailə hücumu nəticəsində həlak olan mülki vətəndaşlardan indiyədək cəmi 808 nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə 23 oktyabr tarixində Report “The Times of Israel” nəşrinə istinadən məlumat verib.

Bildirilib ki, bu göstərici öldürüldüyü güman edilən mülki əhalinin 84%-ini təşkil edir.

Səlahiyyətlilər qeyd ediblər ki, cəsədlərin çoxunun şəxsiyyətini müəyyənləşdirməkdə çətinliklər var, çünki onların çoxu yanıb.

Məlumata görə, indiyədək 701 qurban dəfn edilib.

Mülki qurbanlarla yanaşı, təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşının da həlak olduğu bildirilib.