HƏMAS-nin bir neçə yüksək rütbəli komandiri öldürülüb. Bu barədə 30 oktyabr tarixində Report İsrail Müdafiə Ordusuna istinadən məlumat yayıb.
Komandirlərin adları və vəzifələri hələ ki açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.