Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının şimalına nəzarəti itirib. Bu barədə 8 noyabr tarixində Report İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqariyə istinadən məlumat verib.
Onun sözlərinə görə, Qəzza zolağının 50 minə yaxın sakini artıq sözügedən ərazinin şimalından cənubuna keçib.
“Onlar tərk edirlər, çünki anlayırlar ki, HƏMAS Qəzzanın şimalında nəzarəti itirib və cənubda dərman, qida və suyun təmin edildiyi daha təhlükəsiz bölgə var”, – Ordunun sözçüsü qeyd edib.