TÖVSİYƏ XƏBƏRLƏR

HƏMAS-yə qarşı əməliyyatlarda İsrail 30 hərbçisini itirib

“Dəmir qalxanlar” əməliyyatı başlayandan döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 30-a çatıb. Bu barədə İnsanoid “Times of Israel” nəşrinə istinadən bu gün, 6 noyabr tarixində məlumat verir.

İsrail Müdafiə Ordusunun zirehli tank korpusunun 401-ci taborunun 22 yaşlı baş serjantı Şaxar Koen Qəzza zolağının şimalında döyüşlərdə ölüb.

Qeyd edək ki, HƏMAS – İsrail müharibəsi oktyabrın 7-dən, İsrailin Qəzza zolağında quru əməliyyatları isə oktyabrın 31-dən başlayıb.