Göygöldə bıçaqlanma olub. Bu barədə APA 27 may tarixində xəbər verib.
Mollacəlilli kəndində yaşayan Nəsrəddin Əhmədov həmkəndlisi Ayxan Nağızadə barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb, Ayxan Nağızadə şübhəli şəxs qismində tutulub.