Elə məhsullar var ki, onların reklamlarına icazə verilmir. Bu haqda 25 sentyabr tarixində Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Əzizov Trend-ə açıqlamasında bildirib.
“Alkoqol səviyyəsi 5%-dən yuxarı olan içkilərin, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır”, – deyə Hüseyn Əzizov bildirib.
Onun sözlərinə görə, qanunsuz reklam yerləşdirən sahibkarlar 300 manatdan 10 000 manatadək cərimələnə bilərlər.
Açıq havada reklam yerləşdirmək istəyənlər agentliyin icazəsini almalıdırlar.
2021-ci ilin birinci rübündə tütünlə bağlı 58, siqaretlə bağlı 29 reklam sökülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.