İşdə olarkən və ya gündəlik məişət qayğılarını həll edərkən ibadət edənlər çox zaman namaz qılmaq üçün yer ya da vaxt tapmaqda çətinlik çəkirlər.
İnsanoid sosial şəbəkələrdə keçirdiyi sorğunun nəticələrinə əsasən, ibadət üçün otaqların mövcud olduğu kafe və restoranların siyahısını təqdim edir.
Sorğuya əsasən, Bakının əksər ticarət və əyləncə mərkəzlərində, o cümlədən Gənclik mall, Dəniz Mall, Park Bulvar, Metro Park-da namaz üçün otaqlar mövcuddur.
Həmçinin “Qoç Ət”, “Özsüt”, “Mado”, “Padişah Azərbaycan”, “Osmanlı”, “Büyükfırat”, “Başkent” kafe və restoran şəbəkələri də müştərilərini ibadət otaqları ilə təmin edir.
İbadət otaqları ilə təchiz olunmuş digər ictimai iaşə obyektlərini aşağıda təqdim edirik:
- “Bagel Bar”;
- “Suşi Azərbaycan”;
- “Quba Palace”;
- “Majlis”;
- “Kolorit Kafe”;
- “Coffeemania”;
- “Quba Lucky”;
- “Salam Aleykum”;
- “Shakespeare Baku”;
- “50 qəpik”;
- “Firuzə”;
- “Central Baku”;
- “Dafne”.
28 Mallın yanındaki Başkent restoranında illərdi ki namaz otağı yoxdu. Mən neçə dəfə müraciət etmişəm deyiblər yoxdu çıxmışam.
Hər yerdə olsun
Badamtarta yerleshe Seki Rehman restoranindada namaz otagi mövcüttdu.
Gənclik mallda hardadı?
Mado və Qoç ət restoranlarında da olur
GoodUp (qış parkında)
Yemək Bazarı (A-Terminal /Bina TM)
The Garden cafede (yasamal) var. Destemez yeri ile birlikde. Cox seliqeli.
Hezi Aslanovda Şanli Urfa restoraninda var.