I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da plan yerləri 100%, 23 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Bu barədə 31 avqust tarixində Report məlumat verib.
Plan yerləri tam dolan universitetlər:
- Tibb Universiteti;
- Dövlət İdarəçilik Akademiyası;
- ADA Universiteti;
- Turizm və Menecment Universiteti;
- Bakı Ali Neft Məktəbi;
- Əmək və Sosial Münasibətlər Akademiyası.
Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri, əsasən, 80%-dən çox dolub.