TÖVSİYƏ XƏBƏRLƏR

Həsrət Cəfərov erməni rəqibini məğlub edərək, olimpiadaya lisenziya qazanıb

Azərbaycanın 3-cü güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu barədə 23 sentyabr tarixində Report məlumat verib.

Bu uğura 67 kq çəki dərəcəsindəki təmsilçimiz Həsrət Cəfərov imza atıb.

20 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib. H.Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, bundan öncə ona qədər Murad Məmmədov 63 kq çəkidə finala yüksəlmişdi.

Daha öncə sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya qazanıblar.