TÖVSİYƏ XƏBƏRLƏR

“Hatayspor”a keçən Renat Dadaşov: “Hatay, mən gəldim” – VİDEO

“Həyatımda yeni səhifə başlayır”. Bunu İsveçrə “Qrasshopper”indən ayrılaraq Türkiyənin “Hatayspor” klubuna keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi İnstagram hesabında yazıb.

Bu barədə 6 sentyabr tarixində İnsanoid xəbər verir.

24 yaşlı hücumçu 2022-ci ilin yayından çıxış etdiyi Sürix təmsilçisi ilə vidalaşıb: “Kluba necə minnətdar olduğumu sözlə ifadə etmək asan deyil. “Qrasshopper”ə və azarkeşlərə qarşıdakı mövsüm üçün ən yaxşısını arzulayıram”.

Dadaşov daha bir video paylaşaraq: “Hatay, mən gəldim”,- söyləyib.

Qeyd edək ki, Renat Dadaşov ötən gün yeni klubunda tibbi müayinədən keçib.

 

View this post on Instagram

 

A post shared by Hatayspor (@hatayspor)

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx