TÖVSİYƏ XƏBƏRLƏR

Hava yenidən dəyişəcək

Bakıda və Abşeron yarımadasında iyunun 4-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bu gün, 3 iyun tarixində xəbər verir.

Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22°, gündüz 26-31° isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağıntıların dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx