TÖVSİYƏ XƏBƏRLƏR

“Hay ver mənə, cənab leytenant”: ermənilər mahnımızdakı “hay” kəlməsinin “erməni” mənasını verdiyini düşünüblər

Ötən gündən sosial şəbəkələrdə ermənilərin Azərbaycanın məşhur “Cənab leytenant” mahnısını təhrif etməsi ilə bağlı fotoskrin yayılıb. Bu barədə 9 sentyabr tarixində İnsanoid xəbər verir.

Mahnıda “Hay ver mənə, cənab leytenant” sözləri istifadə olunur.

Belə ki, erməni istifadəçilər yazırlar ki, guya mahnıdakı “hay” kəlməsi “erməni” mənasını verir, azərbaycanlılar hərbçilərdən erməniləri istəyirlər ki, ələ keçirib məhv etsinlər.

Məsələyə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı reaksiya verib.

“Gülməlidir. Nə deyə bilərəm? Erməni xisləti öz sözünü deyir. Bu sözlərə sadəcə gülməklə cavab vermək olar”.

Qeyd edək ki, sözügedən mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx