Həyat yoldaşı vəfat etmişdi, özü də Ukraynada müharibədə həlak oldu

Həyat yoldaşı vəfat etmişdi, özü də Ukraynada müharibədə həlak oldu

Ukraynadakı müharibədə daha bir azərbaycanlının həlak olduğu müəyyənləşib. Bu barədə 22 yanvar tarixində “Qafqazinfo” məlumat verib.

Məlumata əsasən, Rusiyaya qarşı döyüşdə 1974-cü il təvəllüdlü Məmmədov Elçin Telman oğlu həlak olub.

Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, əslən Oğuz rayonundan olan Elçin Baxmut uğrunda gedən döyüşlər zamanı həyatını itirib.

E.Məmmədov Odessada yaşayırdı.

Qeyd olunur ki, onun həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Bir oğlu və bir qızı qalıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx