TÖVSİYƏ XƏBƏRLƏR

Həyətində çətənə kolları yetişdirən Neftçala sakini saxlanılıb – FOTO

Neftçalada həyətində çətənə kolu yetişdirən rayon sakini saxlanılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 18 may tarixində xəbər verir.

Keçirilən əməliyyat nəticəsində həyətində kultivasiya yolu ilə narkotik tərkibli bitkilər yetişdirən rayonun Qaraqaşlı kənd sakini Elxan Qasımov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, həmçinin dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 207 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Həyətində çətənə kolları yetişdirən Neftçala sakini saxlanılıb - FOTO
Foto DİN
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx