Şəhid ailələrinə verilən müavinətlər təqaüdlə əvəzləndi

Şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Prezident təqaüdü ilə birləşdirilərək 300 manatdan 500 manata çatdırılıb. Bu haqda sentyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri məlumat verib.

Sədrin sözlərinə görə, şəhid ailəsi statusunu almış ailələr mənzil, kommunal xidmətlər, telefon və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün icra hakimiyyəti orqanı tərəfindən müavinət verilməsi ilə bağlı müddəa sənəddən çıxarılır.

Bundan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müavinət verilməsi ilə bağlı müddəa da sənəddən çıxarılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Şəhid ailələrinə verilən müavinətlər təqaüdlə əvəzləndi”

Tövsiyə xəbərlər