TÖVSİYƏ XƏBƏRLƏR

Şəhid övladları üçün keçirilən düşərgə sona çatıb

Avqustun 28-də Lənkəranda şəhid övladları üçün keçirilən “YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb. Layihənin sonuncu həftəsində şəhidlərin 15-18 yaşlı övladları iştirak edib.

Düşərgə boyunca uşaqlar üçün təlimlər, teatrlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, konsert proqramları və psixoloqlar ilə konsultasiyalar keçirilib.

Layihəni “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatı həyata keçirib.

Düşərgənin açılış mərasimi iyulun 12-də baş tutub. Layihə 8-18 yaşında olan uşaqlar üçün əyləncə saatlarını, ekskursiyaları, dron istifadəsi təlimlərini və konsert proqramlarını əhatə edib.