Şəhidlər barədə məlumatlar vahid portalda toplanacaq

Şəhid hərbçilər və mülki şəxslər barədə məlumatlar sistemləşdiriləcək. Bu haqda sentyabrın 28-də “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri deyib.

“Memorial.az saytının funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il şəhidlərinin, atəşkəs dövrünün şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişə gedişində həlak olmuş hərbi qulluqçuların və mülki şəxslərin də məlumatlarının sistemləşdirilməsi nəzərdə tutulur”, – deyə Prezident Administrasiyasının nümayəndəsi söyləyib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Şəhidlər barədə məlumatlar vahid portalda toplanacaq”

Tövsiyə xəbərlər