Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. Bu barədə İnsanoid “Press Trust of India”ya istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Ötən gün Hindistanın şərqində yerləşən Odişa əyalətində baş verən toqquşmada sərnişin qatarının 8 vaqonunun relsdən çıxdığı hadisə nəticəsində 238 nəfər ölüb.
Qəza zamanı 900-dən çox insan yaralanıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.