TÖVSİYƏ XƏBƏRLƏR

Hökməlidə narkotacirlər saxlanılıblar

Abşeron rayonunda narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib, daha 4 nəfər saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 7 fevral tarixində məlumat verir.

Hökməlidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Cəbrayılov və Nazim Abbasov saxlanılıblar.

Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Hər iki şəxsin narkotik vasitələri əvvəllər məhkum olunmuş Hökməli qəsəbəsində yaşayan Fəqani Qeybullayevdən aldıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib.

Onun üzərindən 3 kiloqrama yaxın heroin aşkar edilib. Fəqani Qeybullayev ifadəsində bir müddət əvvəl Baba adlı İran vətəndaşı ilə tanış olduğunu, daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifi ilə razılaşdığını bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan, əvvəllər məhkum olunmuş Hikmət Burcəliyev də saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx