TÖVSİYƏ XƏBƏRLƏR

Horadiz-Ağbənd dəmir yolunun istismara veriləcəyi tarix açıqlanıb

Horadiz-Ağbənd dəmir yolu 2023-cü ilin birinci rübündə istifadəyə veriləcək. Bu barədə dekabrın 13-də “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov məlumat verib.

Məlumata əsasən, ümumi uzunluğu 100 kilometr olan yolun 50 kilometrlik hissəsində işlər 2021-ci ilin sonunadək başa çatacaq.

“Hazırda Horadiz-Ağbənd dəmir yolunun Naxçıvanın dəmir yolu xətti ilə birləşdirilməsinin layihələndirmə işləri gedir. Lakin tikintiyə Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasından sonra başlamaq mümkün olacaq”, – deyə rəhbər vurğulayıb.

Cavid Qurbanovun qeyd etdiyinə görə, Şuşada da analoji layihənin həyata keçirilməsi gözlənilir.

Bərdə-Ağdam dəmir yolunun yenidən qurulması işləri bitdikdən sonra isə Xankəndində nəzərdə tutulan dəmir yolunun tikintisinə başlanılacaq.