TÖVSİYƏ XƏBƏRLƏR

Hövsanda ana, uşaq və nənəni avtomobil vuraraq öldürüb

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 28 may tarixində APA məlumat verib.

Hadisə Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şosesində – Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüblər.

Hadisə şahidləri qəzanın yolun işıqlandırılmaması səbəbindən baş verdiyini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx