Bakının Suraxanı rayonunda qətl törədilib. Bu haqda oktyabrın 10-da APA xəbər yayıb.
Bakıxanovda avtomobillə yolun kənarında dayanmış Çərkəz Ələsgərova tanımadığı bir neçə nəfər yaxınlaşıb. Həmin şəxslər onları Hövsan qəsəbəsinə aparmalarını xahiş ediblər.
Ünvana çatan zaman sürücü ilə sərnişinlər arasında dava düşüb. Nəticədə onlardan biri sürücünün boğazını kəsiblər.
Cinayətkarlar avtomobili götürüb hadisə yerindən qaçıblar.
Mərhum tikintidə fəhlə işləyirmiş. Onun bir azyaşlı övladının olduğu bildirilir.