Şəhriyar Məmmədyarov Amerikada yeddinci yeri tutub

Amerikanın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour” seriyasının sonuncu mərhələsi olan “Sinquefield Cup” turniri avqustun 26-da başa çatıb. Nəticədə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov yeddinci yeri tutub.

Doqquzuncu tur çərçivəsində Şəhriyar Məmmədyarov fransalı şahmatçı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb.

Bununla da “Grand Chess Tour” seriyasına yekun vurulub. Nəticədə azərbaycanlı şahmatçı seriyada üçüncü yeri tutub və ümumilikdə 127 min dollar mükafat qazanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Şəhriyar Məmmədyarov Amerikada yeddinci yeri tutub”

Tövsiyə xəbərlər