Şəhriyar Məmmədyarov Kasparova və Nakamuraya qalib gəlib

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 9 sentyabr tarixində Sent-Luisdə keçirilən Champions Showdown turniri çərçivəsində Hikaru Nakamuraya və Qarri Kasparova qalib gəlib, Maksim Vaşye-Laqrava isə məğlub olub.

Üç turun nəticəsində Məmmədyarov ümumi 2 xal toplayıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Fişer şahmatı adlanan şahmatda fiqurların ilkin yerləşdirilməsi təsadüfi təyin olunur.

Turnirdə həmçinin Fabiano Karuana, Uesli So, Hikaru Nakamura, Lenyer Domingez, Samuel Şenklend (hamısı – ABŞ), Qarri Kasparov (Rusiya / Xorvatiya), Peter Svidler (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) iştirak edirlər.

Champions Showdown turniri Amerikanın Sent-Luis şəhərində 9 sentyabr tarixində başlayıb. Bugün keçiriləcək növbəti üç turda Şəhriyarın rəqibləri Lenyer Domingez, Samuel Şenklend və Uesli So olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Şəhriyar Məmmədyarov Kasparova və Nakamuraya qalib gəlib”

Tövsiyə xəbərlər