TÖVSİYƏ XƏBƏRLƏR

Hüseyn Cavidlə bağlı elektron məlumat bazası hazırlanıb

Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” adlı elektron məlumat bazası hazırlanıb. Bu haqda mayın 20-də Milli Kitabxana məlumat yayıb.

Məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi”, “Görkəmli şəxslər Hüseyn Cavid haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/HuseynCavid/index.html linkindən istifadə edə bilərlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx