TÖVSİYƏ XƏBƏRLƏR

İbrahimoviç karyerasını başa vurub – VİDEO

İsveçli futbolçu Zlatan İbrahimoviç karyerasını başa vurub. Bu barədə 5 iyun tarixində APA məlumat verib.

O, bunu İtaliya çempionatının final mərhələsinin “Milan” – “Verona” matçından sonra azarkeşlərlə vida mərasimində deyib.

İbrahimoviçin 41 yaşı var və 2020-ci ildən “Milan”da çıxış edir.

İsveçli daha əvvəl 2010-2012-ci illərdə “Milan”da çıxış edib, komandada iki dəfə İtaliya çempionu (2011, 2022), həmçinin İtaliya Superkubokunun sahibi (2011) olub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx