Bakıda 25-26 aprel tarixlərində ilk dəfə “KOB Fest” – sərgi-satış yarmarkası təşkil olunacaq. Bu haqda aprelin 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
“Sahibkarlar Günü”nə həsr olunmuş tədbir İçərişəhərdə (Qoşa Qala Meydanı) saat 10:00-dan 20:30-dək keçiriləcək. Burada 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox məhsulu təqdim ediləcək.
Yarmarkada qida və qeyri-qida məhsulları, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq. Həmçinin ebru sənətinin və qum üzərində rəsm sənətinin master-klassları keçiriləcək.