TÖVSİYƏ XƏBƏRLƏR

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib

Vandalizm aktlarından zərər çəkən Qala divarları tamamilə bərpa edilib. Bu barədə oktyabrın 3-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında həyata keçirilib.

Monitorinq nəticəsində 70-dən çox zərəryetirmə faktı aşkarlanıb. Qala divarını zədələyən şəxslər müəyyən olunub və qanuni tədbirlər görülüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx