TÖVSİYƏ XƏBƏRLƏR

İçərişəhərin Qala divarlarında törədilmiş vandalizmlə bağlı tədbirlər görülür

İçərişəhərin Qala divarlarında törədilmiş vandalizmlə bağlı tədbirlər görülməyə başlayıb. Bu haqda iyunun 9-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, məsələ nəzarət altına götürüb: “Tezliklə ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, Qala divarlarına müxtəlif yazılar yazıldığı üçün tarixi abidə korlanmaya məruz qalıb. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr aparılıb.

Qafqazinfo” xəbər verir ki, əməli törədən 26 yaşlı paytaxt sakini saxlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx