İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşı artırılıb. Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti məlumat verib.
Nazirlər Kabinetinin Qərarına əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin aylıq vəzifə maaşı 1070 manatdan 1230 manata qaldırılıb.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.