top
Fiqurlu konkisürənlərin növbəti fiaskosu, yoxsa Qış İdman Növləri Federasiyasının uğursuzluğu? - TƏHLİL
30 mart 2026, 06:46
- +

Fiqurlu konkisürənlərin növbəti fiaskosu, yoxsa Qış İdman Növləri Federasiyasının uğursuzluğu? - TƏHLİL

Tək çıxış edən idmançılar, idman cütlükləri və rəqs duetləri üçün 2025/2026 fiqurlu konkisürmə mövsümü rəsmi olaraq başa çatıb. İlin son böyük yarışı – dünya çempionatı Azərbaycan üçün son pillələrdə tamamlanıb. Ölkəni Nərgiz Süleymanova, Vladimir Litvintsev və rəqs dueti Samantra Ritter / Daniel Brikalov təmsil edib.

İdman.biz xəbər verir ki, idmançıların heç biri dünya çempionatının final mərhələsinə yüksələ bilməyib. Bunun üçün tək çıxış edənlər ilk 24-lüyə, rəqs cütlükləri isə ilk 20-liyə düşməli idilər.

Üstəlik, ötən ilin dünya çempionatı ilə müqayisədə fiqurlu konkisürənlərimizin nəticələrində geriləmə müşahidə olunur:

Nərgiz Süleymanova

2026 – 49,00 xal və 33 iştirakçı arasında 27-ci yer;

2025 – 50,97 xal və 33 iştirakçı arasında 25-ci yer.

Vladimir Litvintsev

2026 – 65,10 xal və 36 iştirakçı arasında 31-ci yer;

2025 – 83,10 xal və 39 iştirakçı arasında 15-ci yer.

Samantha Ritter / Daniel Brikalov

2026 – 50,56 xal və 31-ci yer (sonuncu);

2025 – 52,30 xal və 36 iştirakçı arasında 33-cü yer.

Nərgiz Süleymanovaya gəlincə, o, 2026-cı ildə artıq ölkə idmanı tarixində ilk dəfə Avropa çempionatında çıxış edən azərbaycanlı kimi adını tarixə yazdırıb. Onun timsalında söhbət daha çox nəticədən yox, milli fiqurlu konkisürmənin təmsilçilik və inkişaf aspektindən gedir. Bu idman növündə əsasən milliləşdirilmiş idmançılar üstünlük təşkil edir. Süleymanova isə Almaniyada doğulub, Kanadada məşq edir. Tarixi vətəni olan Azərbaycanı təmsil etmək onun şəxsi istəyi olub və bunun üçün o, müəyyən müddət karyerasını dayandırmalı olub.

Azərbaycanla heç bir bağlılığı olmayan xarici idmançıların cəlb olunması isə fərqli xarakter daşıyır. Belə strategiyanın əsas məqsədi beynəlxalq yarışlarda yüksək nəticələr qazanmaq olmalıdır. Bu isə həm dövlətin nüfuzunu artırır, həm də ölkə daxilində bu idman növünün populyarlaşmasına və inkişafına töhfə verir.

Məhz bu məqsədlə Azərbaycan Qış İdman Növləri Federasiyası xarici idmançılara sərmayə yatırmalıdır, lakin hazırda bu çıxışlar barədə təşkilatın özü belə geniş məlumat yaymır. Nəticədə ölkə əhalisinin böyük hissəsi bu idmançılardan xəbərsiz qalır və onları nümunə və ya motivasiya mənbəyi kimi qəbul etmir.

Böyük beynəlxalq yarışlarda ilk 10-luq Azərbaycan üçün artıq yaxşı nəticə sayılardı. Buna Vladimir Litvintsev 2022/2023 mövsümündə dünya çempionatında 11-ci yeri tutmaqla yaxın olmuşdu. Lakin ümumilikdə onun nəticələri sabit deyil və yeddi il ərzində ölkəni təmsil etməsinə baxmayaraq, ciddi irəliləyiş müşahidə olunmur.

İkinci Olimpiadasında Litvintsev 63,63 xal toplayaraq final mərhələsinə yüksələ bilməyib və 29-cu – sonuncu yeri tutub. Bu, Azərbaycan fiqurlu konkisürmə tarixində Olimpiya Oyunlarında ən zəif nəticədir. Bundan sonra federasiyanın baş katibi Günel Bədəlova bildirib ki, idmançı ilə əməkdaşlığın taleyi dünya çempionatından sonra müəyyənləşdiriləcək. Lakin bu yarışda da Litvintsevin nəticələri Olimpiya çıxışından fərqlənməyib. Federasiyadan İdman.Biz-ə söz verilib ki, yaxın zamanda dünya çempionatındakı çıxışlarla bağlı rəsmi açıqlama təqdim edəcəklər.

Maraqlıdır ki, təşkilat Samantra Ritter / Daniel Brikalov duetinin çıxışı ilə bağlı da mövqe bildirəcəkmi? Onlar artıq üçüncü böyük turnirdə Azərbaycan bayrağı altında çıxış ediblər. İki dünya çempionatından əlavə, 2022/2023 mövsümündə Avropa çempionatında da iştirak edərək 18-ci yeri tutublar.

Qeyd etmək vacibdir ki, söhbət tək bir uğursuz çıxışdan yox, uzun illərdir davam edən inkişafın olmamasından gedir. Bu isə müəyyən mənada federasiyanın milliləşdirdiyi idmançılar üçün “xeyriyyəçilik” fəaliyyəti təsiri bağışlayır. Əgər xarici idmançılar cəlb olunursa, onlar real olaraq medal uğrunda mübarizə aparmağa qadir və ya bu potensiala malik olmalıdırlar. Lakin rusiyalı Veronika Jilina ilə bağlı təcrübə göstərir ki, ölkələr perspektivli idmançıları buraxmaq istəmirlər. Xatırladaq ki, Beynəlxalq Konkisürmə İttifaqı onun keçidinə Rusiya federasiyasından rəsmi icazə məktubu olmadığı üçün icazə verməyib.

Beləliklə, sual yaranır: federasiya niyə bu cür milliləşdirilmiş idmançılara maliyyə ayırmaqda davam edir?. Niyə diqqət yerli idmançıların yetişdirilməsinə, idmanın inkişafına və keyfiyyətli məşqçilərin cəlb olunmasına yönəldilmir? Xüsusilə də ölkədə artıq buz arenası mövcuddur.

Federasiyanın illərdir apardığı eksperimentlər açıq şəkildə uğursuzluqla nəticələnir. Bəlkə artıq strategiyanı dəyişməyin, ya da təşkilatın vəziyyəti dəyişmək gücündə olmadığını etiraf etməyin vaxtıdır?

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 16:33

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 15:13

Leyla Əliyeva: "Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir"

Bütün Xəbərlər
Dünən, 12:55

Sabah yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 12:51

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:42

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:22

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda təqsirləndirilən iki nəfər həbs edilib

Bütün Xəbərlər
Dünən, 11:29

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir

Bütün Xəbərlər
Dünən, 09:17

Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək

Bütün Xəbərlər
13 aprel 2026, 17:05

İsrail ordusu ABŞ-nin Hörmüz planlarına görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Bütün Xəbərlər
13 aprel 2026, 15:39

Bu gündən rezidenturaya ərizə qəbulu elan edilib

Cəmiyyət
13 aprel 2026, 14:20

Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib

Bütün Xəbərlər
13 aprel 2026, 13:57

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI?

Bütün Xəbərlər
13 aprel 2026, 13:07

Sabah bəzi yerlərdə yağış yağacaq

Bütün Xəbərlər
13 aprel 2026, 11:09

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bütün Xəbərlər
13 aprel 2026, 09:11

Avstraliyada ilk dəfə qadın ordu komandanı təyin edilib

Bütün Xəbərlər
13 aprel 2026, 08:30

Donald Tramp Roma Papası XIV Leonu tənqid edib

Bütün Xəbərlər
11 aprel 2026, 13:42

Bazar gününün havası açıqlanıb

Bütün Xəbərlər
11 aprel 2026, 11:50

İran Hörmüz boğazında yerləşdirdiyi bütün minaları aşkar edə və zərərsizləşdirə bilmir - NYT

Bütün Xəbərlər
11 aprel 2026, 09:52

Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək

Bütün Xəbərlər
10 aprel 2026, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
10 aprel 2026, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
10 aprel 2026, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Bütün Xəbərlər
10 aprel 2026, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Oxşar xəbərlər