top
“Hamburq”da uyğunlaşma baxımından müəyyən çətinliklər yaşayıram” - Nigar Mirzəliyevanın AÇIQLAMASI
02 mart 2026, 04:08
- +

“Hamburq”da uyğunlaşma baxımından müəyyən çətinliklər yaşayıram” - Nigar Mirzəliyevanın AÇIQLAMASI

Nigar Mirzəliyeva Bundesliqada çıxış edən ilk azərbaycanlı qadın futbolçudur. Bir ay əvvəl o, Rusiyanın “Zenit” klubundan Almaniyanın “Hamburq” komandasına transfer olunub. Almaniyada artıq iki oyunda meydana çıxan futbolçu hazırda dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya ilə keçiriləcək görüş ərəfəsində millinin təlim-məşq toplanışı üçün Azərbaycandadır.

O, İdman.Biz-ə müsahibəsində Bundesliqadakı ilk oyunları ilə bağlı təəssüratlarını bölüşüb.

“Almaniyada qadın futbolu həqiqətən də çox inkişaf edib. Hər matçda azarkeşlərin böyük dəstəyini görürük, tribunalar dolu olur. Avropada qadın futbolunun bu qədər sevilməsini görmək çox xoşdur. Bu, bizə əlavə güc verir və biz də yaxşı oyun göstəririk”, – deyə o bildirib.

Mirzəliyeva Bundesliqadakı çıxışını da dəyərləndirib: “Pis oynamadım. Amma komandaya uyğunlaşma məsələsi var – bu baxımdan müəyyən çətinliklər yaranır, çünki dili bilmirəm. Lakin klub rəhbərliyinə təşəkkür edirəm ki, özümü yad hiss etmirəm. Komanda yoldaşlarım və məşqçilər heyəti məni dəstəkləyir. Düşünürəm ki, ilk dəfə hər kəs çətinlik yaşayır – həm dil baxımından, həm də tanımadığın ölkəyə köçəndə. Bu, çətindir, amma sonradan öyrəşirsən”.

Futbolçu bildirib ki, millinin toplanışından sonra alman dilini öyrənməyə başlayacaq. Bu vaxta qədər isə “Hamburq”da dil baryerini aşmaqda ona Türkiyədən olan məşqçinin köməkçisi və komanda yoldaşı yardım edib.

“Mən bütün qızlarla eyni şəkildə ünsiyyət qururam, dostluq edirik. Onlar məndən bizim futbol, millimiz barədə soruşurlar. Onlara videolar və şəkillər göstərir, oyunlarımız haqqında danışıram” – deyə müsahibimiz qeyd edib.

O əlavə edib ki, komandanın ona olan səmimi münasibəti almanlarla bağlı stereotipi dağıdıb: “Eşitmişdim ki, almanlar bir qədər kobud və ciddi olurlar. Amma bunu özümə qarşı hiss etmədim. Komanda mənə çox yaxşı yanaşır, onlar mehribandırlar, ailə kimi birləşiblər. Deyərdim ki, hər yerdə həm yaxşı, həm də pis insanlar var, amma mənim mühitimdə yalnız yaxşı insanlarla qarşılaşmışam”.

Mirzəliyeva şəhəri də bəyəndiyini vurğulayıb: “Avropada ilk dəfədir yaşayıb oynayıram, indi uyğunlaşıram. Amma Hamburq gözəl və maraqlı şəhərdir”.

Bununla yanaşı, futbolçu yaxınlarından uzaqda olmağın çətin olduğunu da gizlətməyib: “Doğmaları üçün çox darıxıram, bu, mənim üçün bir qədər ağırdır. Amma məqsədlərim var, buna görə səbirli olmalıyam. Öz üzərimdə daha çox işləmək istəyirəm. Məqsədim daha güclü top-klublarda oynamaqdır. Düşünürəm ki, uğura aparan yol Hamburqdan keçəcək”.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 11:08

Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb

Bütün Xəbərlər
Bu gün, 10:54

Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

Bütün Xəbərlər
Bu gün, 10:44

Bu gündən Dövlət Proqramı çərçivəsində yeni tədris ili üzrə sənəd qəbulu başlayır

Bütün Xəbərlər
Dünən, 16:33

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 15:13

Leyla Əliyeva: "Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir"

Bütün Xəbərlər
Dünən, 12:55

Sabah yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 12:51

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:42

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:22

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda təqsirləndirilən iki nəfər həbs edilib

Bütün Xəbərlər
Dünən, 11:29

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir

Bütün Xəbərlər
Dünən, 09:17

Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək

Bütün Xəbərlər
13 aprel 2026, 17:05

İsrail ordusu ABŞ-nin Hörmüz planlarına görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Bütün Xəbərlər
13 aprel 2026, 15:39

Bu gündən rezidenturaya ərizə qəbulu elan edilib

Cəmiyyət
13 aprel 2026, 14:20

Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib

Bütün Xəbərlər
13 aprel 2026, 13:57

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI?

Bütün Xəbərlər
13 aprel 2026, 13:07

Sabah bəzi yerlərdə yağış yağacaq

Bütün Xəbərlər
13 aprel 2026, 11:09

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bütün Xəbərlər
13 aprel 2026, 09:11

Avstraliyada ilk dəfə qadın ordu komandanı təyin edilib

Bütün Xəbərlər
13 aprel 2026, 08:30

Donald Tramp Roma Papası XIV Leonu tənqid edib

Bütün Xəbərlər
11 aprel 2026, 13:42

Bazar gününün havası açıqlanıb

Bütün Xəbərlər
11 aprel 2026, 11:50

İran Hörmüz boğazında yerləşdirdiyi bütün minaları aşkar edə və zərərsizləşdirə bilmir - NYT

Bütün Xəbərlər
11 aprel 2026, 09:52

Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək

Bütün Xəbərlər
10 aprel 2026, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Oxşar xəbərlər