TÖVSİYƏ XƏBƏRLƏR

İki il əvvəl Hövsanda baş verən qətlin üstü açılıb

2020-ci ildə Hövsanda baş verən qətlin üstü açılıb. Bu barədə 25 iyul tarixində Daxili İşlər Nazirliyi məlumat verib.

Belə ki, 2020-ci il oktyabr ayının 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakininin üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini istintaqa təhvil verilib.

Digər şübhəli bilinən Astara rayon sakinləri isə “qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” maddəsi ilə tutulduqları üçün hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırlar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx