TÖVSİYƏ XƏBƏRLƏR

İki istiqamətində təxribatın qarşısı alınıb

Ötən axşam qeyri-qanuni erməni silahlı dəstələrinin iki istiqamətində təxribatının qarşısı alınıb. Bu haqda bu gün, 10 sentyabr tarixində İnsanoid.com Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Saat 19:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx