Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib. Bu barədə 29 may tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Dövlət başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb.
Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edilib, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.