TÖVSİYƏ XƏBƏRLƏR

İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib. Bu barədə 31 avqust tarixində Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə “Abşeron” yatağında hasilatın başlanıldığı vurğulanıb və layihənin parametrləri barədə dövlət başçısına ətraflı məlumat verilib.

Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub.

Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx