Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər ediblər. Bu barədə 25 avqust tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Dövlət başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Həmçinin Prezident İlham Əliyev Kəlbəcər – Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Onlar Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.