Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb. Bu barədə İnsanoid bu gün, 18 sentyabr tarixində xəbər verir.
Görüş Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutub.
Məlumata görə, Ərdoğan İlon Maska “Tesla” şirkətinin 7-ci zavodunu Türkiyədə yaratması üçün çağırış edib.
Türkiyə lideri Maskı İzmir şəhərində keçiriləcək “Teknofest”ə də dəvət edib.
Milyarder Ərdoğanla görüşə oğlu ilə birlikdə gəlib. Türkiyə Prezidenti isə Maskın oğluna futbol topu hədiyyə edib.