Çimərliklərdə dəniz suyunun keyfiyyəti yoxlanılıb

Azərbaycanın çimərlik ərazilərindəki dəniz suyunun keyfiyyətinin yoxlanılması məqsədilə avqustun 13-də monitorinq keçirilib.

Şıx, Türkan, Hövsan, Pirşağı və Corat çimərliklərindəki dəniz suyunun bakterioloji cəhətdən çirkli olması müəyyən edilib.

Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Çimərliklərdə dəniz suyunun keyfiyyəti yoxlanılıb”

Tövsiyə xəbərlər