TÖVSİYƏ XƏBƏRLƏR

İmişli sakinində 2 kiloqramdan çox narkotik tapılıb

İmişli sakinində narkotik tapılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 17 mart tarixində xəbər verir.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayon sakini Elməddin Fərəcov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 8 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq, E.Fərəcovun yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqram 315 qram marixuana aşkarlanıb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx