İmişli sakini intihar edib. Bu barədə 1 noyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü kənd sakini Əliyev Əlişir Mahmud oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.