İmişli rayonunda avtomobil yola uzanmış şəxsi vurub öldürərək qaçıb. Bu barədə Report 18 mart tarixində xəbər verib.
Ötən gün saat 23:00 radələrində İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissəsində 67 yaşlı Ziyadxan Murtuzayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən asfalta uzanmış İmişli rayonunun Boşçallar kənd sakini, 50 yaşlı Xasayev Fərman Qəhrəman oğlunun üzərindən keçib.
Nəticədə F.Xasayevi avtomobillə vuran Z.Murtuzayev nəqliyyat vasitəsini saxlamayaraq hadisə yerindən qaçıb.
İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
İstintaq zamanı Z.Murtuzayev şübhəli şəxs qismində tutulub.