TÖVSİYƏ XƏBƏRLƏR

İmişlidə azyaşlı qızlara əxlaqsız video göstərən şəxs cəzalandırılıb

İmişlidə azyaşlı qızlara pornoqrafik videolar göstərən şəxsə cinayət işi açılıb. Bu haqda oktyabrın 3-də Qafqazinfo xəbər yayıb.

Hadisə bu ilin aprel-mart aylarında baş verib. Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Z.İ. (şərti) işlədiyi mağazaya gələn 2011 və 2013-cü il təvəllüdlü qızlara pornoqrafik videolar göstərib və onlara qarşı əxlaqsız hərəkətlər edib.

Azyaşlıların valideynləri məsələdən xəbər tutduqdan sonra polisə müraciət ediblər və həmin şəxs məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin “əxlaqsız hərəkətlər etmə” maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar zamanı məlum olub ki, Z.İbişov ailəlidir və iki azyaşlı övladı var.

Təqsirləndirilən şəxsə məhkəmənin hökmü ilə iki il müddətinə islah işləri cəzası verilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx